Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda bayram yarmarkası keçirildi

29 dekabr 2017 | 16:00

Salyanda bayram yarmarkası keçirildi


        29 dekabr 2017-ci il tarixdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə Salyan şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur.
          Bayram ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə təşkil edilən yarmarkaya 5 ton mal və qoyun əti, 1 ton quş əti, müxtəlif bayram çərəzləri və ərzaqları, mövsümə uyğun meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları çıxarılmışdır.
         Yarmarkada «Şəfa Broyler» MMC, «Sünbül-2012» MMC, «Nurgun-Aqro» MMC, «Azərsun» şirkəti, Veysəloğlu Satış və Distribütor Şirkəti, kənd təsərrüfatı istehsalı ilə məşğul olan fərdi sahibkarlar iştirak etmişlər.
          Bayram yarmarkasında alıcılara bazar qiymətlərindən 25-30 faiz aşağı qiymətə məhsullar təklif olunmuşdur.
          Rayon sakinləri Yeni il ərəfəsində yarmarkada təzə və keyfiyyətli məhsulların satışına görə yarmarkanın təşkilatçılarına, sahibkarlara və fermerlərə minnətdarlıqlarını bildirmişlər.

 

 

Keçidlər