Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir.

11 dekabr 2017 | 16:00

Salyan rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir.


     11 dekabr 2017-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
     Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirlmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən, demokratik hüquqi dövlət quruculuğu istiqamətindəki həyata keçirdiyi uğurlu siyasətdən danışmışdır.
     Tədbirdə çıxış edənlər Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində görülən işlərdən söhbət açmışlar.
     Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər hakimiyəti dövründə Salyan rayonuna səfəri zamanı partiya-təsərrüfat fəalları və kənd zəhmətkeşləri  ilə görüşündən xatirələr danışılmışdır. 

 

Keçidlər