Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir.

05 dekabr 2017 | 16:00

Salyan rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir.


        05 dekabr 2017-ci il tarixində Salyan şəhərinin H.Əliyev, T.Xəlilbəyli, X.R.Ulutürk, Ə.Hüseynov, Ə.Hüseynzadə, A.Hüseynov, Ə.Qasımzadə küçələrində, Babazənən yaşayış sahəsində, magistral yol kənarlarında Heydər Əliyev Fondunun vitse-prezidenti,  “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir.
        Tədbirdə Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının üzvləri, partiya fəalları, ziyalılar, ictimaiyyətin nümayəndələri yaxından iştirak etmişdir. Aksiyada 1000 ədəd Eldar şamı və sərv ağacı əkilmişdir.
        “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində keçirilən  kompaniya Salyan rayonunda yaşıllığın genişləndirilməsinə və ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına töhfə verəcəkdir.

Keçidlər