Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir

15 noyabr 2017 | 16:00

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir

        15 noyabr 2017-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir. Görüşdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəblilər, valideyinlər, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək, bir neçə ildir ki, uğurla davam edən tur-aksiyaların yeniyetmə və gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, onların dünyagörüşünün daha da zənginləşməsinə böyük töhfə verdiyini bildirmiş, ölkəmizin tarixini, mədəniyyətini, müstəqillik illərində qazanılan nailiyyətləri dərindən öyrənmək məqsədi daşıyan bu layihənin Prezident İlham Əliyevin yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmin bariz nümunəsi olduğunu vurğulamışdır. Rayon rəhbəri ekskursiyanın məktəblilər üçün çox faydalı olacağına, tur-aksiya iştirakçılarının zəngin təəssüratlarla qayıdacaqlarına əminliyini bildirmişdir.
        Görüşdə məktəblilər çıxış edərək, layihədə iştirak etdiklərinə görə böyük qürur hissi keçirdiklərini söyləmiş, tur-aksiya zamanı Gəncə, Şəmkir və Göygöl rayonları barədə hərtərəfli bilgilər qazanacaqlarını, bu yerlərin tarixi məkanlarına ekskursiyanı böyük səbirsizliklə gözlədiklərini bildirmişlər. Valideynlər adından çıxış edənlər-M.Nəzərov və F.Seyranov bu günün övladlarının həyatında əlamətdar bir gün olduğunu, onların bu tur-aksiyaya böyük sevinc və fərəh hissi ilə qoşulduqlarını vurğulayaraq onlara bu sevinci yaşatdığına görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər