Şriftin ölçüsü :

Saytın rəngi :

Bayraq Muzeyində 9 Noyabr- "Dövlət Bayrağı Günü" münasibətilə tədbir keçirilmişdir.

08 noyabr 2017 | 16:00

Bayraq Muzeyində 9 Noyabr- "Dövlət Bayrağı Günü" münasibətilə tədbir keçirilmişdir.

         

         08 noyabr 2017-ci il tarixində Bayraq Muzeyində 9 Noyabr- "Dövlət Bayrağı Günü" münasibətilə tədbir keçirilmişdir. Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri tədbirdə iştirak etmişlər. Məktəblilərinin ifasında Dövlət Bayrağına həsr etdilmiş şeirlər səsləndirilmişdir.
          Tədbir iştirakçıları yeni inşa edilmiş Bayraq Muzeyini ziyarət etmiş və muzeydə sərgilənən tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, qədim Azərbaycan dövlətlərinin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, poçt markaları və Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri ilə tanış olmuşlar.

 

 

Keçidlər