Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra hakimiyyətində “01 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilmişdir.

30 sentyabr 2017 | 16:00

 Salyan rayon İcra hakimiyyətində “01 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilmişdir.

 

     30 sentyabr  2017-ci il tarixində Salyan rayon İcra hakimiyyətində “01 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir rayon İcra hakimiyyətinin konfrans zalında davam etdirilmişdir.  Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov prokurorluq əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələrini əlamətdar gün münasibətilə təbrik etmiş, respublikamızın prokurorluq orqanlarının zəngin tarixi və xalqımız qarşısında xidmətləri barədə danışmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına hər bir zaman xidmət edir.

     Tədbirdə çıxış edən Salyan rayon prokuroru, baş ədliyyə müşaviri Firdovsi Nemətli Azərbaycan prokurorluq orqanlarının yaranması və inkişafının, müstəqillik dövründə bu orqanın fəaliyyətində ümummilli lider Heydər Əliyevin rolunu, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızın prokurorluq orqanlarında aparılan hüquqi islahatlardan danışmış, şərəfli peşə sahiblərinin cəmiyyətdəki rolundan, cinayətkarlığa qarşı aparılan mübarizə işindən söz açmışdır.

 

Keçidlər