Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun 2017-ci il tarixdə Salyan rayon İcra hakimiyyətində 23 iyun Dövlət Qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilmişdir.

23 iyun 2017 | 16:00

23 iyun 2017-ci il tarixdə Salyan rayon İcra hakimiyyətində 23 iyun Dövlət Qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir rayon İcra hakimiyyətində davam etdirilmişdir. Yığıncaqda rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmişdir. Tədbirdə çıxış edənlər dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmişlər. Sonda rayonun bir qrup dövlət qulluqçusu rayon İcra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Keçidlər