Şriftin ölçüsü :

Saytın rəngi :

22 İyun 2017-ci il tarixində Salyan rayonunda xalq şairi Xəlil Rza Ulutürkün anım günü ilə əlaqədar tədbir keçirilmişdir.

22 iyun 2017 | 16:00

22 İyun 2017-ci il tarixində Salyan rayonunda “Ata-oğul” xatirə kompleksinin qarşısında xalq şairi Xəlil Rza Ulutürkün anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdən öncə rayon İcra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlar, ziyalılar və ictimaiyyət nümayəndələri istiqlal şairi Xəlil Rza Ulutürkün və onun oğlu – Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Milli Qəhrəman Təbriz Xəlilbəylinin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək şairin həyat və fəaliyyəti haqqında danışmış, onun müstəqilliyi, azadlığı tərənnüm edən əbədiyaşar şerlərinin bu gün də oxucular tərəfindən rəğbətlə qarşılandığını və gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd etmişdir.

Keçidlər