Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir

07 mart 2017 | 16:00

 

 

 

Salyan rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə

təntənəli bayram tədbiri keçirilmişdir


     7 mart 2017-ci il tarixində rayonun “Kür” şadlıq evində “8 mart  Beynəlxalq Qadınlar günü” münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir.Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan, ictimai-siyasi həyatda fəal iştirak edən qadınlar, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
         Tədbirdə Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək qadınları bayram münasibətilə təbrik etmiş, Azərbaycanda qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətdə tutduqları yüksək mövqedən bəhs etmişdir.Tədbirdə iştirak edən bütün qadınlara, o cümlədən şəhid analarına, ön cəbhədə döyüşən əsgər analarına, N saylı hərbi hissədə çalışan qadınlara rayon İcra hakimiyyəti başçısı tərəfindən  qiymətli hədiyyələr təqdim edilmişdir.
         Tədbir rayon incəsənət ustalarının iştirakı ilə müşayiət olunmuşdur.

Keçidlər