Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra hakimiyyətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü münasibətilə tədbir keçirilmişdir.

13 fevral 2017 | 16:00

 

     13 fevral 2017-ci il tarixində Salyan rayon İcra hakimiyyətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü münasibətilə tədbir keçirilmişdir.
     Tədbirdə rayon İcra hakimiyyətinin başçısı S.Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin kollektivi, idarə, müəssisə və təşkilatların rəhbərləri, ümumtəhsil orta məktəblərinin hərbi rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin kollektivini təbrik etmişdir. Tədbirdə çıxış edənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmişlər.Sonda Dövlət Xidməti rayon şöbəsinin bir qrup qabaqçıl işçisinə rayon İcra hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanlar təqdim edilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər