Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda şahmat üzrə Azərbaycan birinciliyinin seçmə yarışlarına start verilmişdir

25 yanvar 2017 | 16:00

Rayonda şahmat üzrə Azərbaycan birinciliyinin
seçmə yarışlarına start verilmişdir

    24 yanvar 2017-ci il tarixində Salyan Olimpiya Kompleksində şahmat üzrə 8,10,12,14 və 16 yaşadək oğlan və qızlar arasında Azərbaycan birinciliyinin seçmə yarışlarının açılış mərasimi keçirilmişdir
    .Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, rayon incəsənət ustalarının iştirakı ilə musiqi nömrələri nümayiş olumuşdur. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq hakim Faiq Həsənov,yarışların baş hakimi, beynəlxalq hakim Qüdrət İsmayılov çıxış etmiş, idmançılara uğurlar arzulamışlar. Sonra rayon İcra hakimiyyətinin başçısının və Federasiyaının vitse-prezidentinin iştirakı ilə simvolik olaraq ilk gediş edilərək şahmat turnirinə start verilmişdir. Tədbirdə rayon İcra hakimiyyəti, Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, yarışda iştirak edəcək rayonların idmançıları, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
    Yarış 01 fevral 2017-ci ilədək davam edəcəkdir.

 

Keçidlər