Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda “5 Oktyabr – Beynəlxalq müəllimlər günü” münasibətilə tədbir keçirilmişdir

04 oktyabr 2016 | 16:00

        04 oktyabr 2016-cı il tarixində rayon İcra hakimiyyətində “5 Oktyabr –Beynəlxalq müəllimlər günü” münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbir rayon İcra hakimiyyətinin konfrans zalında davam etdirilmişdir. Tədbirdə çıxış edənlər təhsilə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı iştirak etmiş, bir qrup fərqlənmiş müəllimə qiymətli hədiyyələr təqdim olunmuşdur. Sonra rayon İcra hakimiyyətinin başçısı təqaüddə olan iki ağbirçək müəllimin evində olmuş, onların peşə bayramlarını təbrik etmiş və qiymətli hədiyyələr vermişdir.

Keçidlər