Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir

05 sentyabr 2016 | 16:00

  05 sentyabr 2016-cı il tarixdə saat 11:00–da Heydər Əliyev Mərkəzində Salyan rayon Təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri və məktəbəqədər söbəsinin müdiri Aydın Əhmədov, məktəb direktorları, qabaqcıl pedaqoqlar və ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Rayon Təhsil şöbəsinin müdiri Xudaverdi Piriyev «2015-2016-cı tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr» mövzusunda geniş məruzə etmişdir. O, Ulu Öndər Heydər Əliyevin təhsil strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq son illərdə rayonumuzda təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışmışdır.
  Sonra rayonun «Gənc Heydərçilər»i şeirlər söyləmiş, məruzə ətrafında çıxışlar olmuşdur. Çıxış edənlər qazanılan uğurlara, təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər. Tədbirdə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlara və bir qrup qabağcıl müəllimə rayon İcra hakimiyyəti başçısının Fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunmuşdur. Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri və məktəbəqədər söbəsinin müdiri Aydın Əhmədov konfransda çıxış edərək rayon təhsil işçilərinin qazandığı nailiyyətlərindən və yeni dərs ilində qarşıda duran vəzifələrdən danışmış, yeni tədris ilinin başlanması münasibətilə bütün təhsil işçilərini təbrik etmişlər.
  Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışdır.

Keçidlər