Şriftin ölçüsü :

Saytın rəngi :

17 İyun – Tibb işçiləri günü münasibətilə Salyan rayonunda tədbir keçirilmişdir

17 iyun 2016 | 16:00
17 İyun 2016-cı il tarixində rayonda “17 İyun – Tibb işçiləri günü” münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir rayon İcra hakimiyyətində davam etdirilmişdir. Yığıncaqda rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, tibb işçilərini peşə bayramı münasibətilə təbrik etmişdir. Tədbirdə çıxış edənlər səhiyyə sahəsində görülmüş işlərə və qazanılmış uğurlara görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmişlər. Sonda rayonun bir qrup qabaqçıl tibb işçisi rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Keçidlər