Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsində şəhid olmuş Hüseynov Bəhruz Yavər oğlunun cənnətdəki ilk doğum günündə adına inşa edilən xatirə lövhəsinin açılışı olmuşdur.

17 yanvar 2022 | 16:00

Vətən Müharibəsində şəhid olmuş Hüseynov Bəhruz Yavər oğlunun cənnətdəki ilk doğum günündə adına inşa edilən xatirə lövhəsinin açılışı olmuşdur. 

Salyan rayonunun Yolüstü kəndində Vətən Müharibəsində şəhid olmuş Bəhruz Yavər oğlu Hüseynovun adına inşa edilən xatirə lövhəsinin açılışı olmuşdur. Açılışında rayon rəsmiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştiarak etmişlər. Açılış mərasimində çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən söz açmışlar. Şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verənlər Bəhruz Hüseynovun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləmişlər. Sonda şəhidin məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülmüş və ruhuna dualar oxumuşlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

Keçidlər