Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda şəhidin adına inşa edilən xatirə lövhəsinin açılışı olmuşdur.

11 dekabr 2021 | 16:00

Salyanda şəhidin adına inşa edilən xatirə lövhəsinin açılışı olmuşdur.

Salyan rayonunun Xələc kəndində Vətən Müharibəsində şəhid olmuş Samir Valeh oğlu Mehdiyev adına inşa edilən xatirə lövhəsinin açılışı olmuşdur. Açılışında rayon rəsmiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştiarak etmişlər. Açılış mərasimində çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən söz açmışlar. Şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verənlər Samir Mehdiyevin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləmişlər. Sonda şəhidin məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülmüş və ruhuna dualar oxumuşlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər