Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış İsmayılov Cavad Asif oğlunun doğum günü qeyd olunub.

22 oktyabr 2021 | 16:00

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Cavad Asif oğlu İsmayılovun cənnətdəki ilk doğum günü qeyd olunmuşdur.  Doğum günündə şəhidin məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Mərasimdə çıxış edənlər 20 yaşı tamam olan şəhid Cavad İsmayılovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişlər. Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər