Şriftin ölçüsü :

Saytın rəngi :

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir Salyan rayonunda keçirilmişdir.

14 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində  karantin rejminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə  “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilmişdir.
AFFA-nın və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir Salyan rayonu Aşağı Kürkənd kənd tam orta məktəbin stadionunda keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Jalə Əhmədova, Arzu Nağıyev, Sabir Hacıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, şəhidlərimizə Allahdan rəhmət diləmiş və onların əziz xatirəsinin böyüməkdə olan nəsil üçün örnək olduğunu diqqətə çatdırmışlar. Bölgələrdə belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd etmişlər. Tədbirin sonunda iştirak edən uşaqların hər birinə futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları hədiyyə olunmuşdur.

 

Keçidlər