Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin ailələrinə və müharibə iştirakçılarına orden və medallar təqdim olunmuşdur

26 iyun 2021 | 16:00

     26 iyun 2021-ci il tarixdə Salyan Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunmuş şəhidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilmişdir. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak etmişdir. Rayon İcra Hakimiyyətində keçirilmiş tədbirdə ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

     Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək Vətən müharibəsi zamanı xalqımızın həmrəyliyindən söz açmış, 44 günlük şanlı zəfər tarixində nəinki ölkə daxilində, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşdiyini vurğulamışdır. Qeyd olundu ki, ölkə rəhbəri cənab İlham Əliyevin qətiyyətli mövqeyi, sarsılmaz iradəsi, 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası və Ali Baş Komandanın rəhbərliyi ilə igid vətən oğullarının döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət nəticəsində 30 illik həsrətə son qoyuldu.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin rəisi Namiq Osmanov çıxış edərək 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbənin milli qürur mənbəyi və çox şərəfli tarix olduğunu qeyd etmiş, vətənin azadlığı və ərazi bütövlüyü uğrunda əzmlə döyüşərək canından keçmiş şəhid ailələrinin qarşısında baş əydiyini, müharibə iştirakçılarına isə dərin minnətdarlığını bildirmişdir.
Sonra şəhidlərin valideynlərinə və döyüşçülərə orden və medallar təqdim olunmuşdur.

Keçidlər