Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhidlik zirvəsinin fatehləri” kitabının təqdimatı keçirilmişdir

06 may 2021 | 16:00

     06 may 2021-ci il tarixdə Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində müəllifi Gülsüm Adilqızı olan “Şəhidlik zirvəsinin fatehləri” kitabının təqdimatı keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri və rayon ziyalıları iştirak etmişdir. Öncə tədbir iştirakçıları tərəfindən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

     Xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla keçirilən təqdimatda çıxış edənlər respublikamızın müstəqilliyi, torpaqlarımızın erməni qəsbkarlarından müdafiəsi uğrunda həlak olmuş şəhidləri anaraq onların qəhrəmanlıqlarından söhbət açmış, türk dünyasının zəfər tarixini qanları ilə yazdıqlarını, vətənə şərəf gətirdiklərini bildirmiş və bu mövzuda kitabların yazılmasının əhəmiyyətindən danışmışlar.

     Kitabın müəllifi çıxış edərək yazdığı əsərin şəhidlərin, qazilərin ölkəmiz, xalqımız qarşısındakı xidmətləri qarşılığında kiçik bir iş olsa da, belə bir kitabın ərsəyə gəlməsinin onun üçün böyük şərəf və xoşbəxtliyə səbəb olduğunu diqqətə çatdırmış, şəhidlərlə bağlı yazılarını davam etdirəcəyini bildirmiş və kitabın nüsxələrini tədbir iştirakçılarına paylamışdır.

Keçidlər